Lahiyə nömrə 1

 

Biz Enterprise Solutions and Consulting MMC olaraq ölkədə qeyri-neft sektorunun inkişafına dəstək olmaq məqsədi ilə yeni bir layihəyə başladıq. Agroexpert.az platformasını qurduq. Saytın yaranma məqsədi kənd təsərrüfatının inkişafına yardımçı olmaq və bu sahəyə maraq yaratmağa çalışmaqdır. Son zamanlar kənd təsərrüfatına maraq çoxdur. Amma hər kəndli prosesləri düzgün şəkildə həyata keçirmir və yaxşı qazanc əldə edə bilmir. Bu məqsədlə də kənd təsərrüfatı ilə bağlı yaranan maraq və suallara təfərrüatlı məqalələr şəklində saytda cavab tapmaq mümkün olacaq.

Agroexpert.az saytı haqqında

Agroexpert.az saytı məlumat bazısının zənginliyi ilə seçilən bir sayt olmağı hədəf seçib. Həm fermer təsərrüfatı, həm aqrobizneslə məşğul olmaq istəyən, həm də sağlam qidalanma haqqında məlumat əldə etmək istəyənləri düşünüb. Həmçinin balıqçı dostları, heyvan sevərləri, maraqlı məlumatlar və kənd təsərrüfatına aid xəbərləri əldə etmək istəyənləri də unutmur. Saytdakı bölmələrə əkinçilik, arıçılıq, quşçuluq, dovşançılıq, iribiynuzlu, xırdabuynuzlu, xəstəliklər, agrotech, biznes ideyalar və s. daxildir.

AZ1052 Əhməd Rəcəbli 33, ESRA Plaza, 5-ci mərtəbə 2-ci qapı

Bakı, Azərbaycan

Telefon: (Mob) +994 50 2509945

Email: info@esc.az