Please reload

Недавние посты

Uçotu gücləndirməliyəm! Mühasibat şirkətin ürəyidir! Təhlükəsizlik əsasdər!

Tanış gəldi deyilmi? Bu sözləri hər bir iş adamı, dünyanın hər yerində, heç...

Proqram icarəsi? Siz yalnız biznesinizə köklənin

June 23, 2017

1/1
Please reload

Избранные посты

Proqram icarəsi? Siz yalnız biznesinizə köklənin

June 23, 2017

 

Uçotu gücləndirməliyəm! Mühasibat şirkətin ürəyidir! Təhlükəsizlik əsasdər!

Tanış gəldi deyilmi? Bu sözləri hər bir iş adamı, dünyanın hər yerində, heç olmasa gün ərzində bir dəfə deyir. Siz özünüz deməsəniz belə eşitməli olursunuz və təbii ki, az çox bu məsələ ilə razılaşırsınız. Gec ya tez maliyyə- mühasibat daha sonra isə biznes proseslərin idarə edilməsi proqramları haqda fikirləşməyə və fəaliyyət keçməyə başlaylamalı olursunuz. VƏ həyatınıza yeni bir rəng gəlir. Ayrı ayrı biznes konsultantantlar, İT mütəxəsislər, proqram administratorları, maliyyəçilər, mühasiblər, bu işə dəxli olan və olmayan menecerlər və sair və ilaxır. Hər kəsin öz marağı və hər kəsin öz gözləntisi, kimsə bütün

modulları və ən bahalısını axtarır ki, bahadırsa yaxşıdır, kimsə dəb axtarır ki, qonşu holdinqdə filan proqramdı, kimi dəyişikləri heç xoşlamır, kimisə dostunun və ya "dost" şirkətinin əlində olanı almağın "bizim son şansımız" haqda nağılları başlayır. Mən hələ "niyə də yox" deyib avadanlığın ən yaxşısını axtaran İT departamentdən danışmıram.

BƏS TƏŞKİLATIN EHTİYACI NƏDİR? BU GÜN NƏ LAZIMDIR? SABAHA BAXIŞIMIZ, PLANIMIZ NƏDİR? BİZ NİYƏ XƏRCƏ GEDİRİK?

Məncə bu suallar yuxarıdakılardan daha vacibdir. Çox zaman malyyə proqramını hələ işə salmamış, şirkət layihə dəyərinin 50-60 % qədərini ödəmiş olur. bu xərclər əsasən serverlərin qurulması, proqram təminatı lisenziyalarının alınması, müxtəlif analizlərin aparılması və mütəxəsislərin dəvət olunması, infrastrukturun qurulması yəni şəbəkə çəkilişləri, təhlükəsizliyin qurulması və sair daxildir. Bu isə geri qayitmayan xərclər və ya qeyri maddi aktivin alınması deməkdir. Siz nəzərə alın ki, Bakı təcrübəsində, şirkət satılan zaman qarşı tərəf bütün bu qeyri maddi varlıqlardan imtina etdiyi olub və bu xərclər tam olaraq sahibkarın əlində lazımsız varlıq kimi qalıb...

Ancaq biz bəzən unuduruq ki, Uber`dən taksi sifariş vermək daha asndır, əlindəki iPhone sənə ofis stolunun üzərində olan avadanlığın hamısını əvəz edir, Rusiyanın ən böyük banklarından olan Tinkoff Bank 6 000 000 müştərisinə heç bir filial olmadan qulluq edir və Rusiyadakı krizisə rəğmən BB- reytinqinə sahiblənib, məncə Google`un gücündən danışmağa heç lüzum yoxdur.

Beləliklə növbəti bloqlarda sizə uyğun olanlardan danışacağıq və siz biləcəksiniz ki, bu işləri əslində çoxda xərc olmadan, yalnız internetlədə həll etmək olar. Sizə isə müştəriniz vacib olduğu kimi, bizə də müştərimiz (yəni siz) vacibdir. Onların sizdən (bizdən) məmuniyyəti bizim bütün mənalarda uğurumuzdur.

İzləyin ki, ən azından seçim edə biləsiniz.

Share on Facebook
Share on Twitter
Please reload

Мы в соцсетях
Please reload

Поиск по тегам
Please reload

Архив
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

AZ1052 Əhməd Rəcəbli 33, ESRA Plaza, 5-ci mərtəbə 2-ci qapı

Bakı, Azərbaycan

Telefon: (Mob) +994 50 2509945

Email: info@esc.az